Bakı Zooloji Parkında növbəti dərs-ekskursiya keçirilib
Dekabrın 6-da məktəbin 6 ç sinif müəllimi Nahidə Heydərovanın təşkilatçılığı ilə "Ətraf mühitlə yaxından tanışlıq" mövzusunda Bakı Zooloji Parkında dərs-ekskursiya keçirilib.
Dərs-ekskursiyaların təşkilində əsas məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualı qoyulub, müvafiq tapşırıqlar verilib.
Açıq havada dərs-ekskursiyanın refleksiyası həyata keçirilib. Ekskursiyadan sonra tapşırıqlar verilib.