Şəhidin xatirəsi anılıb
Dekabrın 5-də 76 nömrəli tam orta məktəbdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid Quliyev Ramin Rizvan oğlunun xatirəsi anılıb, 1 c və 3 c sinflərinə şəhidin adı verilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsindən ibarətdir.
Tədbirdə şəhidin döyüş yoldaşı mayor Quliyev Nurlan çıxış edərək şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını diqqətə çatdırıb. Daha sonra şagirdlərin ifasında şəhidin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Məktəbin direktoru Şəfəq İbişova və digər qonaqlar çıxışlarında şəhidlərimzin gələcək nəsillər üçün örnək olduğunu vurğulayaraq Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhid anası Sabirə Quliyeva şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.Tədbirin keçirilməsinə görə məktəb rəhbərliyinə təşəkkür edib.