Dərsdinləmələr keçirilib
İbtidai siniflər aylığı çərçivəsində dekabrın 4-də məktəb rəhbərliyinin təşkilatçılığı ilə 1c və 1d siniflərində dərsdinləmələr keçirilib.
Dərsdinləmələrin keçirilməsində əsas məqsəd müəllimlərin tədris müvəffəqiyyətini qiymətləndirməklə yanaşı bacarıqlarının inkişaf etdirilməsi, yenilik və dəyişikliklərin təbliği, peşəkar dəstək, çatışmazlıq və səhvlərin aşkar edilərək aradan qaldırılması və tədrisin inkişaf etdirilməsidir.
Dərslərdə məktəb rəhbərliyi və metodbirləşmə sədri iştirak edib. Dərslər dinləyənlər tərəfindən müzakirə olunub, müəllimlərə müvafiq tövsiyələr verilib.