Tarix fənni üzrə monitorinq keçirilib
Dekabrın 1-də məktəbin Fəaliyyət Planına uyğun olaraq tarix-coğrafiya aylığı çərçivəsində tarix fənni üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində məqsəd X sinif şagirdlərinin tarix fənindən əldə etdikləri bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi, şagirdlərin bu proqramlar üzrə materialları mənimsəməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyır.