"Yer təbiətinin müxtəlifliyi" mövzusunda dərs-ekskursiya
Noyabrın 30-da məktəbin ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə "Yer təbiətinin müxtəlifliyi" mövzularında Bakı Zooloji Parkında dərs-ekskursiya keçirilib.
Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualı qoyulub, müvafiq tapşırıqlar verilib.
Açıq havada dərs-ekskursiyanın refleksiyası həyata keçirilib. Ekskursiyadan sonra tapşırıqlar verilib.