“Dama” yarışı keçirilib
Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq noyabrın 29-da 9-cu sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dama” yarışı keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtını səmərəli təşkil etmək, idmana olan marağı artırmaq və şagirdlərin fiziki inkişafını təmin etməkdən ibarətdir.
Yarışın nəticələrinə əsasən, qalib komanda diplomla mükafatlandırılıb.