“Yol hərəkəti qaydalarını öyrənirik”

Noyabrın 29-da məktəbin ibtidai sinif müəllimi Leyla Fətəliyevanın təşkilatçılığı və 2ə sinif şagirdlərinin iştirakı ilə “Yol hərəkəti qaydalarını öyrənirik” mövzusunda sinif təşkilat saatı keçirilib.  

Məqsəd şagirdlərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də şagirdlərə yol hərəkəti qaydaları və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və bu istiqamətdə tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dəstəyin artırılması olub.   

Sinif rəhbəri yol hərəkəti və yollarda təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hər bir şagird yol qaydalarını bilməlidir, çünki həyatı və təhlükəsizliyi bundan asılıdır.  Daha sonra şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı təqdimatları dinlənilib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi