Şagird davranış qaydaları müzakirə olunub
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq noyabrın 29-da məktəbin 7-ci sinif şagirdləri arasında məktəb rəhbərliyi tərəfindən şagird davranış qaydaları haqqıda maarifləndirici söhbətlər aparılıb.
Məqsəd şagirdlərin dərsə davamiyyəti, məktəbdə tədrisin vəziyyəti, məktəbli formasına nəzarət, məktəbdə təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsindən ibarətdir.
Tədbirdə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiqi vəziyyəti haqqında müzakirələr aparılaraq qərarlar qəbul edilib.