“Qəhrəmanlar unudulmur” mövzusunda nümunəvi dərs keçirilib

    Noyabrın 28-də tarix-coğrafiya aylığı çərçivəsində Xatirə Piriyevanın təşkilatçılığı ilə 9a sinfində tarix fənni üzrə “Qəhrəmanlar unudulmur” mövzusunda nümunəvi dərs keçirilib.

    Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

    Dərsdə elektron resurslardan istifadə olunub. Şagirdlər qruplarla iş formasında tapşırıqlar icra ediblər.

    Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi