“Planetlərin qruplaşması” mövzusunda dərs keçirilib
Noyabrın 27-də tarix-coğrafiya aylığı çərçivəsində Sevda Şahvediyevanın təşkilatçılığı ilə 7e sinfində cografiya fənni üzrə “Planetlərin qruplaşması” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Fənn müəllimi dərs zamanı qruplarla iş forması və rollu oyunlardan istifadə edib. Yeni təlim üsulları ilə keçilən dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən müsbət qiymətləndirilib.