Monitorinq keçirilib
24 noyabr 2023-cü il tarixdə məktəb rəhbərliyi tərəfindən 2, 3 və 4-cü siniflərdə həm Azərbaycan, həm də Rus bölməsində Tədris dili fənnindən dinləyib-anlama üzrə monitorinq keçirilib.
Məqsəd şagirdlərin dinlədikləri mətnə uyğun verilən tapşırıqları cavablandırmaq və bu sahədə bilik, bacarıq, vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
Dinləyib-anlama yoxlamalarının nəticələri şagirdlərin mətni necə və hansı səviyyədə mənimsədiyini, onların hansı mövzulardan və suallardan çətinlik çəkdiyini müəyyənləşdirməyə imkan verir.