"Heydər Əliyev müstəqilliyimizin memarıdır” mövzusunda "Dəyirmi masa" keçirilib
Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 100 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq noyabrın 23-də tarix müəllimi Ülkər Əsədovanın təşkilatçılığı və 5a sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev müstəqilliyimizin memarıdır” mövzusunda dəyirmi masa keçirilib.
Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.
Fənn müəllimi qeyd edib ki, hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.
Daha sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeirlərdən parçalar söylənib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib. Həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.