"Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda sinif təşkilat saatı keçirilib
Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 100 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq noyabrın 22-də ibtidai sinif müəllimi Samirə Əliyevanın təşkilatçılığı və 2c sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda sinif təşkilat saatı keçirilib.
Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.
Sinif rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti boyu öz qlobal düşüncə tərzi, müdrik və uzaqgörən siyasəti, nadir liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş və adı dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur.
Şagirdlər Ulu Öndər Heydər Əliyevin xalqımızın azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi və milli dövlətçilik quruculuğundakı əvəzolunmaz xidmətləri barədə çıxışlar edib, Ümummili Liderə həsr olunan şeirlər səsləndiriblər.