Tarix fənni üzrə nümunəvi dərs keçirilib

Noyabrın 21-də tarix-coğrafiya aylığı çərçivəsində Ülkər Əsədovanın təşkilatçılığı ilə 7a sinfində tarix fənni üzrə “Xudafərin körpüsünün birləşdirdiyi iki Azərbaycan dövləti” mövzusunda nümunəvi dərs keçirilib.

Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər qruplarla iş formasında tapşırıqlar icra ediblər.

Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən müzakirə olunub, fənn müəlliminə tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi