Ekskursiya təşkil olunub

Məktəbin Fəaliyyət planına uyğun olaraq payız tətili günlərində noyabrın 18-də Türkan Paşayevanın təşkilatçılığı və 2 e sinif şagirdlərinin iştirakı ilə "Suraxanı" tanker-muzeyinə, daha sonra Bakı zooloji muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

Ekskursiya zamanı şagirdlər ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olublar. Daha sonra Bakı Zooloji muzeyində ekskursiyada olublar.
         Muzey bələdçisi şagirdləri eksponatlarla tanış edib və heyvanlar haqqında geniş informasiya verib. Şagirdlər ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlərlə yaxından tanış olublar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi