Metodbirləşmə iclası keçirilib
Noyabrın 16-da Fəaliyyət Planına uyğun olaraq məktəbin direktoru Şəfəq İbişovanın təşkilatçılığı ilə metodbirləşmə iclası keçirilib.
Məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək, istedadlı şagirdlərin üzə çıxarılması yollarını müzakirə etməkdir.
İclasda şagirdləri arasında aparılmış monitorinqin nəticələri, müəllimlərin peşə keyfiyyətlərinin, onların yaradıcı potensialının aşkar edilməsi, metodiki işlərin dəqiq planlaşdırılması məsələləri müzakirə olunub, müəllimlərə müvafiq təlimatlar verilib.