"Bilim Bakı" mərkəzinə ekskursiya təşkil olunub

 Noyabrın15-də məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Adilə Bağırzadə,  rus dili müəllimi Elnarə Məmmədovanın təşkilatçılığı ilə 6-14 yaşlı şagirdlər  Bilim Bakı Mərkəzində keçirilən təlimlərdə iştirak ediblər.  

 Təlimin təşkilində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını, elmə, innovasiya və texnologiyaya olan maraq və meyllərini artırmaqdan ibarətdir.

 Təlimlər əsasən riyaziyyat və "Dene yap " laboratoriyalarında keçirilib. Şagirdlər tam fərqli və maraqlı təlim üsulu ilə tanış olublar. Bu təlimdən çox razı qalıblar. Bu təlimlərin digər siniflərdə də davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi