"Mənim uşaq hüquqlarım" mövzusunda rəsm müsabiqəsi keçirilib
Noyabrın 14-də məktəbin Təsviri incəsənət müəllimi Zenfira Babayevanın təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində "Mənim uşaq hüquqlarım" mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması, uşaq hüquqlarının təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi və uşaq hüquqlarının müdafiəsidir.
Şagirdlər çəkdikləri rəsmlərdə dünyada uşaqlara qarşı olan ədalətsizlikləri, onların hüquqlarının nə dərəcədə pozulduqlarını əks etdiriblər.
Qalib şagirdlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması nəzərdə tutulub.