“Konstitusiya və uşaq hüquqları” mövzusunda tədbir keçirilib

Noyabrın 14-də məktəbin psixoloqları Aytən Musalı və Yeganə Cabbarovanın təşkilatçılığı ilə  “Uşaq hüquqları aylığı” çərçivəsində .“Konstitusiya və uşaq hüquqları” mövzusunda tədbir keçirilib

Tədbirin  keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması, uşaq hüquqlarının təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi və uşaq hüquqlarının müdafiəsidir.

Məktəb psixoloqları insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub.

Daha sonra şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib. Müzakirələr aparılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi