“Mənim uşaq hüquqlarım” mövzusunda sinif təşkilat saatları keçirilib
Noyabrın 13-də məktəbin 2a sinif müəllimi Ülviyyə Əliyeva 4c Nairə Yakubova və 4ç Gülnar Bağırovanın təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində "Mənim uşaq hüquqlarım" mövzusunda sinif təşkilat saatları keçirilib.
Sinif təşkilat saatının keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması, uşaq hüquqlarının təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi və uşaq hüquqlarının müdafiəsidir.
Məktəb rəhbəri insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub.
Daha sonra şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib. Müzakirələr aparılıb.