Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadası keçirilib
Noyabrın 7-də 5-ci sinif şagirdlərinin iştirakı ilə Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasını məktəbdaxili mərhələsi keçirilib.
Məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.