Fənn müsabiqələrinin məktəb turu təşkil edilib
Noyabrın 6-da 6-cı sinif şagirdləri arasında informatika və təbiət, 7-ci sinif şagirdləri arsında isə biologiya və riyaziyyat fənləri üzrə fənn müsabiqəsi təşkil edilmişdir.
Müsabiqəsi hazırlıq mərhələsinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.