Valideyn iclası keçirilib

          Noyabrın 2-də Fəaliyyət planına uyğun olaraq məktəb rəhbərliyi və 11-ci sinif valideynlərin iştirakı ilə iclas keçirilib.

          Görüşdə əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılmasıdır.

           İclası giriş sözü ilə açan məktəbin direktoru Şəfəq İbişova günün ən aktual məsələlərinə toxunub və qeyd edib ki, məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyur.  Direktor şagirdlərin məktəbdə nizam-intizam qaydalarına və davamiyyətə riayət etməsinin vacibliyindən danışıb. Həmçinin buraxılış imtahanlarına hazırıqla bağlı valideynlərə tövsiyələr verilib.

       Qeyd olunub ki, şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amil isə müəllim – valideyn, məktəb- valideyn əməkdaşlığıdır. Məhz buna görə də məktəb-valideyn əməkdaşlığı mütləqdir.

         Görüşdə valideynlərin fikirləri, rəy və təkliflər dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi