“Sağlam həyat” mövzusunda sinif təşkilat saatı keçirilib
Oktyabrın 31-də məktəbin 5ə sinif müəllimi Nigar Bayramovanın təşkilatçılığı ilə “Sağlam həyat” mövzusunda sinif təşkilat saatı keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Orqanizmin sağlamlığında məhz düzgün qidalanmanın vacib şərt olduğu vurğulanıb və uşaqların qidalanmasında vacib məqamlar, qeyri-sağlam qidalar haqda, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi və s. müzakirə edilib. Şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib.