M.Ə.Sabirin "Neylərdin, ilahi?"əsəri müzakirə olunub

Məktəbin Fəaliyyət planına uyğun olaraq oktyabrın 31-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qəndab Quliyevanın rəhbərliyi və 11"A" sinif şagirdlərinin iştirakı ilə  M.Ə.Sabirin "Neylərdin, ilahi?" əsəri müzakirə olunub.

Məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

Tədbirdə əsərin mövzusu, ideyası, qoyulan problemlər geniş və hərtərəfli müzakirə edilib. Şagirdlərin fikirləri dinlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi