"Reproduktiv sağlamlıq" mövzusunda valideynlərlə maarifləndirici görüş keçirilib
Oktyabrın 26-da şagirdlərin reproduktiv sağlamlığının qorunması istiqamətində aparılan maarifləndirici işlərlə bağlı valideynlərlə görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd valideynləri reproduktiv saglamlığın bütün komponentləri ilə tanış etmək və şagirdlərin sağlam həyat tərzi haqqında maarifləndirmək idi.
Görüşdə məktəbin psixoloqları Aytən Musalı və Yeganə Cabbarova valideynlərlə maraqlı çalışmalar işləyərək, yeniyetməlik dövründə uşaqlarla düzgün rəftar, sağlam valideyn-övlad münasibətlərinin qurulması, uşaqların gigiyenası, onların ümumi sağlamlıqları ilə bərabər reproduktiv sağlamlığının da vacibliyi və s. mövzularda tövsiyələr veriblər. Valideynləri maraqlandıran sualları cavablandırıblar.