”Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız” mövzusunda sinif təşkilat saatı keçirilib

       Oktyabrın 26-da Rus dili müəllimi Mətanət Feyzullayevanın təşkilatçılığı ilə 6 c sinfində ”Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız” mövzusunda sinif təşkilat saatı keçirilib.

      Təşkilat saatının keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, şagirdlər arasında vətənpərvərlik hislərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

      Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra sinif rəhbəri 9 noyabr-Dövlət Bayrağı günü haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.

      Dərsdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi