“Qubadlı, sən azadsan” mövzusunda sinif təşkilat saatı keçirilib
Oktyabrın 26-da Bakı Şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin 1c sinifində Təranə Cəfərovanın təşkilatçılığı ilə “Qubadlı, sən azadsan” mövzusunda sinif təşkilat saatı keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Tədbirdə qeyd olunub ki, üç il öncə oktyabrın 25-də Qubadlı rayonu 27 illik işğaldan sonra azad edilib. Qubadlı rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir.
Daha sonra şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib.