"Zəfərin zirvəsi Xankəndi" mövzusunda xüsusi dərs keçirilib

Oktyabrın 18-də ibtidai sinif müəllimi Alidə Qarayevanın və 4 a sinif şagirdlərinin iştirakı ilə 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Zəfərin zirvəsi Xankəndi" mövzusunda xüsusi dərs keçirilib.

Məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan dərsdə çıxış edən sinif rəhbəri Azərbaycan Respublikasının inkişaf etdiyini, müstəqilliyimizi bərpa etdiyimiz son 32 ildə istər iqtisadi, istərsə də sosial sahədə irəlilədiyini vurğulayıb.

Daha sonra şagirdlərin çıxışları dinlənilib, vətənpərvərlik mövzusunda şeirlər söylənilib, çıxışlar edilib, videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi