Şəhid məzun Elzar Yusubovun anım günü qeyd olunub
Oktyabrın 10-da 76 nömrəli tam orta məktəbdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən məktəbin şəhid məzunu Yusubov Elzar Süleyman oğlunun anım günü qeyd olunub.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Tədbirdə Suraxanı RİH-əməktaşı Anar Əsədullayev və şəhid ailələri, qazilər, rayon ictimayətinin nümayəndələri iştirak ediblər.
RİH -əməktaşı Anar Əsədullayev çıxış edərək şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını diqqətə çatdırıb.
Məktəbin direktoru Şəfəq İbişova,və digər qonaqlar çıxışlarında şəhidlərimzin gələcək nəsillər üçün örnək olduğunu vurğulayaraq Şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
Şəhid Elzar Yusubovun anası Günəş xanım daim göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.