Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

 Oktyabrın 2-dən etibarən bütün ümumtəhsil müəssisələrində olduğu kimi 76 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

 2023/2024-cü tədris ilində 0 a İncili Bayramova, 0 b Alidə Qarayeva, 0 c Gülnar Bağırova, 0 d Olqa Şahvələdova, və 0 e Əminə Nəzərlinin rəhbərlik etdiyi qruplarda 112 nəfər uşaq hazırlıq keçəcək. İlk gündə məktəbin direktoru Şəfəq İbişova sinif otaqlarına daxil olaraq ilk dəfə məktəb həyatına qədəm qoyan həyəcanlı balacalara uğurlar arzulayıb.

 Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Məktəbəhazırlıq qruplarında “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Ətraf aləmlə tanışlıq”,  “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.  Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi