İlk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub

Sentyabrın 15-i ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.
Məqsəd Məqsəd vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda müasir azərbaycançılıq ideologiyasının genişləndirilməsidir.
Dərslərdə Heydər Əliyevin siyasəti sayəsində müasir dövrdə Azərbaycanın milli dövlətçiliyinin real məzmun və məna kəsb etdiyi, dövlət suverenliyimizin sarsılmaz və dönməz gerçəkliyə çevrildiyi bildirilib. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycanın xilasının və tərəqqisinin əsası olduğu vurğulanıb.
Dərslərdə mövzuya uyğun olaraq elektron təqdimatlardan və videoçarxlardan istifadə olunub. Şagirdlərin çıxışları dinlənilib.