Pedaqoji şuranın ilk iclası keçirilib
Sentyabrın 14-də 2023/2024-cü tədris ili üçün pedaqoji şuranın ilk iclası keçirilib. Pedaqoji şuranın sədri Şəfəq İbişova kollektiv üzvlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək müzakirə ediləcək məsələlər haqda danışıb.
2022-2023-cü tədris ilinin yekunları və yeni tədris ilində pedaqoji kollektivin qarşısında duran vəzifələr, ötən tədris ilində III, IV, IX, XI siniflərdə keçirilmiş monitorinqlərin nəticəsi, IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri, RFO-nun nəticələri 2023/2024-cü tədris ili üçün məktəbin "Fəaliyyət Planı” nın müzakirəsi və təsdiqi, müəllimlərin dərs yükü, sinif rəhbərləri, metodbirləşmə rəhbərlərinin təyin edilməsi, daxili nizam-inzam qaydaları və tədbirlər planının müzakirəsi, şagirlərin dərsliklərlə təminatı və s. məsələlər müzakirə edilib. BŞTİ-nin 305F n-li əmrində göstərilən məsələlər kollektivin nəzərinə çatdırılıb. 15 sentyabrda keçiriləcək ilk dərsin mövzusu elan olunub.
Sonda məktəbin tarix müəllimi Rüstəm Nurəhmədov və çalışmanın yaş həddinə çatmış müəllimləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb.