“İnsan Hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
İyun ayının 13-də məktəbin fəaliyyət planına müvafiq olaraq məktəbin psixoloqları Yeganə Cabbarova, Aytən Musalı və və Uşaq Birliyi rəhbərini Adilə Bağırzadənin təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər, valideynlər və şagirdlər arasında maarifləndirilmə işinin aparmaqla qızların təhsildən yayınmalarının qarşısını almaqdır.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzuya uyğun videoçarxlar nümayiş olunub.
Çıxış edənlər tərəfindən erkən nikahın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğu qeyd edilib. Bildirilib ki, erkən nikahlar qızların təhsil almaq imkanlarını azaldır, eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaradır. Bu baxımdan təkcə şagirdlərin, valideynlərin deyil, bütövlükdə cəmiyyətin mövzu ətrafında maarifləndirilməsi vacibdir.