Bakı Zooloji Parkının ekskursiyası təşkil olunub
İyunun 4-də məktəbin ibtidai sinif müəllimi İncili Bayramovanın təşkilatçılığı ilə 3 a sinif şagirdlərinin iştirakı ilə Bakı Zooloji Parkının ekskursiyası təşkil olunub.
Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tariximiz haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.
“Bakı Zooloji Parkı”nda ekskursiya zamanı şagirdlərə heyvanlar haqqında maraqlı məlumatlar verilmiş və hər bir heyvanın insan həyatında, təbiətdə rolundan söhbət açılmışdır.
Ekskursiyanın məqsədi şagirdləri vəhşi heyvanların müxtəlif növü ilə əyani tanış etmək və onlara heyvanat aləmi haqqında əhatəli məlumat vermək olmuşdur.