"Kitabi Dədə Qorqud" əsəri müzakirə olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq mayın 25-də məktəbin rus dili və ədəbiyyat müəllimi İrina Varzinanın rəhbərliyi ilə "Kitabi Dədə Qorqud" əsəri müzakirə olunub.
Məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Tədbirdə əsərin mövzusu, ideyası, qoyulan problemlər geniş və hərtərəfli müzakirə edilib. Şagirdlərin fikirləri dinlənilib.