Texnologiya, musiqi və təsviri incəsənət aylığı keçirilməkdə davam edir
Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya, musiqi və təsviri incəsənət aylığı elan olunmuşdur. Aylıq çərçivəsində müvafiq tədbirlər planı hazırlanmış və məktəb rəhbərliyi tərəfindən icra üçün əmrləşdirilmişdir.
Aylığın tədbirlər planına uyğun olaraq mayın 24-də texnologiya müəllimlərinin təşkilatçılığı ilə məktəbin foyesində texnologiya fənni üzrə milli xəmir xörəklərinin hazırlanması və şagirdlərin əl işlərindən ibarət sərgi təşkil etmişdir.