"İdmansevənlər" lahiyəsi çərçivəsində idmançı məzunları ilə görüş keçirilib
Fəaliyyət planına uyğun olaraq mayın 22-də idman müəllimi Vidadi Mahmudovun təşkilatçılığı ilə "İdmansevərlər" layihəsi çərçivəsində məktəbin idmançı məzunları ilə görüş keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.