İcbari tibbi sığorta barədə maarifləndirici tədbir keçirilib
19 may 2023-cü il tarixində 76 saylı tam orta məktəbdə TƏBİB-in dəstəyi ilə İcbari Tibbi Sığortanın yaratdığı imkanlar barədə maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Sevda Əliyeva məktəbin direktoru Şəfəq İbişova məktəb kollektivi və valideyinləri iştirak etmişdir.
Tədbirdə Sevda Əliyeva mövzu İcbari Tibbi Sığorta və xəstəxanada göstərilən xidmətlər barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, verilən sualları cavablandırmışdır.