“Kompyuter oyunlardan aslılıq” mövzusunda nümunəvi dərs keçirilib
Gənc nəslin kompüterdən və internetdən kortəbii şəkildə, yerli-yersiz istifadəsi səbəbindən yaranmış fəsadlar barədə maarifləndirilməsi məqsədilə rus dili müəllimi Zarina Tağıyevanın təşkilatçılığı ilə 9 d sinfində “Kompyuter oyunlardan aslılıq” mövzusunda nümunəvi sinif saatı keçirilib. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.
Təqdimatlar zamanı ilk öncə müəllim şagirdlərə komputerin müasir zamanda nə dərəcədə əhəmiyyətli olduğu ilə bərabər eyni zamanda onun fəsadlarından, insan sağlamlığına vurduğu ziyandan, düzgün istifadə etmədikdə yaratdığı problemlərdən danışdı.