Təsviri incəsənət aylığı çərçivəsində iməclik təşkil edildi
Fəaliyyət planına uyğun olaraq məktəbin tədbirlər planına əsasən texnologiya və təsviri incəsənət aylığı elan olunmuşdur. Aylıq çərçivəsində müvafiq tədbirlər planı hazırlanmış və məktəb rəhbərliyi tərəfindən icra üçün əmrləşdirilmişdir.
Aylığın tədbirlər planına uyğun olaraq mayın 17-də 4 e sinif müəllimi Arifə Quliyevanın təşkilatçılığı ilə məktəbin həyətinə çıxaraq təmizlik işləri görüldü, ağacların dibləri belləndi, məktəbin həyətində yeni ağaclar, güllər əkildi, suvarma işləri görüldü. Boya ilə səkilər və ağaclar rəngləndi.