Valideyn iclası keçirilib

    May ayının 12-də "Ailəm və məktəbim" layihəsi çərçivəsində məktəb rəhbərliyi və ibtidai sinif valideynlərin iştirakı ilə iclas keçirilib.

Görüşdə əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılmasıdır.

       İclası giriş sözü ilə açan məktəbin direktoru Şəfəq İbişova günün ən aktual məsələlərinə toxunub və qeyd edib ki, məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Direktor onu da bildirib ki, böyüməkdə olan gənc nəsil təhsil almalı, oxumalı, öyrənməli, savadlanmalıdır.Bu bizim uğurlu gələcəyimiz deməkdir.Uğurlu gələcəyin yaradıcısı isə müəllimdir.Müəllim şagirdi şəxsiyyət kimi yetişdirməlidir. Müəllimin ən yaxşı köməkçisi isə məhz valideyndir.Şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amil isə müəllim – valideyn, məktəb- valideyn əməkdaşlığıdır. Məhz buna görə də məktəb-valideyn əməkdaşlığı mütləqdir.

        Görüşdə həmçinin valideynlərin fikirləri, rəy və təkliflər dinlənilib.      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi