"Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 100 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq mayın 10-da tarix müəllimi Şirmayixanım Səfərovanın təşkilatçılığı və 7 e sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.
Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.
Fənn müəllimi tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki müstəsna rolu barədə çıxışlar edilib.
Daha sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeirlərdən parçalar söylənib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib. Həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.