“Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları” adlı maarifləndirici sinif saatı keçirilib
Mayın 8-də məktəbin 7 b sinif müəllimi Zöhrə Dəmirovanın təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları” adlı maarifləndirici sinif saatı keçirilib.
Məqsədi şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə olan marağını artırmaqdan ibarət olub.
Zöhrə müəllimə şagirdlərə qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər, narkomaniya, alkoqolizm, siqaret çəkmənin insan həyatı üçün yaratdığı fəsadlar haqqında geniş məlumat verib. Burada mövzu ilə bağlı slaydlar nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb, zərərli vərdişlərə aid bukletlər paylanılıb.