Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirildi
Mayın 5-də məktəbin illik Fəaliyyət planına uyğun olaraq təsviri incəsənət müəllimi Zenfira Babayeva və Sədaqət İbrahimovanın təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz Ulu öndərimiz tərəfindən qoyulması haqqında şagirdləri bir daha maarifləndirmək, Ümummilli Liderimizin irsini gələcək nəsillərə çatdırmaq, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq və onların istedadlarını üzə çıxarmaqdan ibarətdir.
Müsabiqədə iştirak edən şagirdlər vətənimizə, dövlət rəmzlərimiz və vətənpərvərliyə aid rəsmlər çəkiblər.
Müsabiqənin nəticələrinə əsasən I, II, III yerləri tutmuş şagirdlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması nəzərdə tutulub.