"Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində mayın 4-də ədəbiyyat müəllimi Qəndab Quliyevanın və musiqi müəllimi Səyyad Cəfərovanın təşkilatçılığı ilə “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib.
Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Anar Əsədullayev və məktəbimizin şəhid məzunu Elzar Yusubovun anası Günəş xanım iştirak etmişdir.