"Yol hərəkəti qaydaları" mövzusunda sinif təşkilat saatı keçirilib
“Məktəblinin dostu" layihəsi çərçivəsində məktəbin 3 ç sinif müəllimi Gülnar Bağırovanın təşkilatçılığı ilə "Yol hərəkəti qaydaları" mövzusunda sinif təşkilat saatı keçirilib.
Məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də şagirdlərə yol hərəkəti qaydaları və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və bu istiqamətdə tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dəstəyin artırılması olub.
Sinif rəhbəri yol hərəkəti və yollarda təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verib.Qeyd edib ki, hər bir şagird yol qaydalarını bilməlidir, çünki həyatı və təhlükəsizliyi bundan asılıdır. Daha sonra şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı təqdimatları dinlənilib.