Məktəbin “Mülki müdafiə” günü çərçivəsində tədbir keçirilib
Məktəbin Fəaliyyət planına və mülki müdafiə haqqında tədbirlər planına uyğun olaraq aprelin 4-də məktəbdə “Mülki müdafiə” günü çərçivəsində tədbir keçirilib.
Məqsəd şagirdlərin yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə kömək göstərilməsidir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru qonaqları və tədbir iştirakçılarını salamladı. Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət oldu. Hərbi rəhbər Vahid Mühacirov məruzəə etdi. Daha sonra, şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Həyəcan siqnalı” elan olunmuşdur. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır. Tədbirin ikinci hissəsi məktəbin həyətində təşkil olunmuş praktik məşğələ ilə davam etmişdir.