Reproduktiv sağlamlıq mövzusunda tədbir keçirildi
Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli 3-29-59/2-500/2023 nömrəli əmrlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin VIII - IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlər planı silsilə şəkildə davam etdirilir.
Bu məqsədlə 31 mart 2023 - cü il tarixində məktəbin psixoloqları Yeganə Cabbarova, Aytən Musalı və məktəbin tibb bacısı Leyla Kərimovanın iştirakı ilə VIII - IX sinif şagirdləri ilə gigiyena və düzgün qidalanma reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verildi, video lentlər nümayiş olundu.