"Zərərli vərdişlərə yox deyək!" mövzusunda sinif təşkilat  saatları keçirilib

       Martın 30-da 11 a sinif müəllimi Qönçə Süleymanova və 10 a sinif müəllimi Aysel Məmmədovanın təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək!" mövzusunda sinif təşkilat  saatları keçirilib.

       Şagirdlərə spirtli içkilər, tütün, narkomaniyanın cəmiyyətə və insan sağlamlığına zərəri, onun doğurduğu fəsadlar haqqında həm şifahi, həm də  videoçarxlar vasitəsilə məlumat verilib. Sinif rəhbəri zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.

       Tədbirdə mövzu ilə bağlı müzakirələr  təşkil  olunmuş, şagirdlərin sualları cavablandırılmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi